"Bugs Bunny", "Daffy Duck", "Donald Duck", "Snow White", "Tom & Jerry" və "Popeye" kimi əfsanəvi animasiya qəhrəmanlarının müəllifi, amerikalı rəssam və dlizayner Bob Qivens 99 yaşında vəfat edib.
Milli.Az CNN-ə istinadən bildirir ki, bu barədə rəssamın qızı Marianna Qivens xəbər verib.
Əfsanəvi rəssam ABŞ-ın Kaliforniya ştatındakı Berbank şəhərindəki evində, kəskin tənəffüs çatışmazlığından keçinib.
1937-ci ildə kolleci başa vurandan sonra "Walt Disney" studiyasında çalışmağa başlamış Bob Qivens "Donald Duck" və "Snow White" obrazlarını yaratmışdı.
3 il sonra isə o, indi "Warner Bros" kimi tanınan studiyada işləməyə başlayıb.
1940-cı ildə isə Qivens "Bugs Bunny"ni dünyaya tanıtmışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin