Maraqlı

"Ayla"nın real həyatdakı qəhrəmanı dünyasını dəyişdi

7 Dekabr 2017 16:30
3 Şərh     Baxış: 1 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat hekayəsi "Ayla" filmində əks olunan koreyalı Kimin mənəvi atası Süleyman Dilbirliyi dünyasını dəyişib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tənəffüs çatışmazlığı səbəbindən Heydərpaşa Nümunə Xəstəxanasında reanimasiyaya yerləşdirilən Dilbirliyini həyata qaytarmaq mümkün olmayıb. 

Qeyd edək ki, 1950-ci ildə Türkiyədən Koreyaya göndərilən əsgərlərin arasında olan Süleyman Dilbirliyi müharibə zamanı anasını və atasını itirmiş koreyalı qızı himayəsinə götürmüş və onu Ayla adlandıraraq 15 ay saxlamışdı. Türkiyəyə qayıtmaq məcburiyyətində qalan Dilbirliyi böyütdüyü qızı 60 il sonra görə bilmişdi. Bütün bunlar isə Türkiyənin bul il "Oskar"a təqdim etdiyi "Ayla" filmində öz əksini tapıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.