Maraqlı

"Stress çarxı"ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTO

19 Noyabr 2017 07:30
0 Şərh     Baxış: 6 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzlarının istifadə etməsindən sonra olduqca məşhurlaşan "PopSocket" qısa müddətdə ən çox satılan telefon aksessuarı olub.

Milli.Az xəbər verir ki, bu kiçik cihaz mobil telefonların daha yaxşı əldə tutulmasını təmin edir və dayaq rolunu oynayır.
Mobil telefonların arxasında yerləşdirilən bu qəribə görünüşlü cihaz həm estetik, həm də praktik baxımdan istifadəyə yararlıdır. "PopSocket" həm də telefonun əldən sürüşüb düşməsinə əngəl olur.
"PopSocket" 2014-cü ildə Devid Barnet tərəfindən qurulan texnologiya şirkətinin məhsuludur.
Hazırda 25 milyon satılaraq rekord qıran məhsulun satışı hələ ki, ABŞ-da həyata keçirilir. Finlandiya və Sinqapurda filiallarını açmaq istəyən şirkət məhsullarını zövqə görə hazırlamağa çalışır. İstəyən müştərilər isə şirkətin saytına daxil olaraq öz dizaynlarını sifariş verə bilirlər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.