Ölkə

Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

21 İyul 2025 16:15
Baxış: 712
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (publik hüquqi şəxs) direktoru yenidən dəyişib.

Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi.

Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.