Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsi məktəbə çırpılıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.
Təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.
Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az