Hadisə, Kriminal

Bakıda qətl törədən məktəbliyə hökm OXUNDU

21 İyul 2025 16:31
Baxış: 537
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Elcan Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını yetkinlik yaşına çatmayanlarla bağlı müəssisədə çəkməsi qərara alınıb.

Qeyd edək ki, ittihama görə ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elcan Süleymanov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.