Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhhəti və şəxsi həyatı ilə bağlı verdiyi son açıqlamalarla gündəmə gəlib.
Milil.Az xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi Harbiye konsertində həm ümid, həm də kədər dolu mesajlar verib.
Müğənni mirasını kimə buraxacağı sualına belə cavab verib:
"Mənim nə övladım, nə yaxın qohumum var. Yeganə qalan evim var, onu da işçilərimə buraxmışam. Bölüşsünlər".
Dənizə baxan səkkiz otaqlı lüks villasını da daxil etdiyi bu açıqlama, həm sənətçinin sədaqətli əməkdaşlarına olan dəyərini, həm də son dövrlərdə artan ruhi yorğunluğunu bir daha gündəmə gətirib.
Milli.Az