Maraqlı

Həkim lisenziyası əldə etmiş süni intellekt proqramı təqdim olundu

18 Noyabr 2017 07:51
1 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "iFlyTek" şirkəti öz süni intellekt proqramı üzərində 4 il müddətində işləyib. Nəticədə süni intellekt proqramı yerli tibbi ali məktəbə qəbul imtahanlarına hazırlaşıb və bütün testləri uğurla verib. İmtahanın nəticələrinə görə süni intellekt proqramına həkim lisenziyası verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "hazırladığımız sistem lazımi imtahanları vermiş dünyada ilk süni intellekt proqramıdır" - "iFlyTek" şirkətinin direktorlar şurasının üzvlərindən biri deyib.
 
Həkim lisenziyası almaq üçün imtahanda 360 bal toplamaq lazım olduğu halda, "iFlyTek" şirkətinin "Smart Doctor Assistant" adlı süni intellekt proqramı 456 bal toplayıb. İstehsalçılar bildiriblər ki, onların proqramı həm tibb, həm də başqa sahələrdə (məsələn, hüquq elmində) daha mürəkkəb məsələləri öyrənmək qabiliyyətinə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.