Almaniyanın Mercedes-Benz şirkəti rəsmi olaraq 2018-ci model ilinə məxsus təkmilləşdirilmiş kupe və kabriolet S-Class-ı təqdim edib. Avtomobillərin dünya debütü Frankfurt avtosalonunda olacaq.
Milli.Az auto.az-a istinadən bildirir ki, cari ilin əvvəllərində alman brendi Mercedes-Benz flaqman sedan S-Class-ın təkmilləşdirilmiş versiyasının sirrini açdı və o vaxt bildirildi ki, kupe və kabriolet banında modernləşdirilmiş modellər Frankfurt-2017 avtosalonunda debüt edəcəklər.
Vaxt, həqiqətən, uçur - avtomobil sənayesinin möhtəşəm sərgisinə cəmi bir neçə gün qalıb. Qarşılayın - 2018-ci modeli ilinə məxsus təkmilləşdirilmiş Mercedes-Benz S-Class Coupe və S-Class Cabriolet.
Güman edildiyi kimi, yenilənmiş modellər Mercedes-Benz S-Class Coupe və S-Class Cabriolet-in dizaynları da dəyişilib. Bu, eyniadlı flaqman sedanında da belədir. Hər iki avtomobil elə baza variantında OLED texnologiyasına məxsus modernləşdirilmiş arxa işıq texnikası alıb.
Texniki təchizat barədə danışaq. 2018-ci model ilinə məxsus təkmilləşdirilmiş Mercedes-Benz S-Class Coupe dünya bazarında aşağıdakı modifikasiya ilə təklif olunacaq: S 450 4MATIC (3.0 V6, 367 a.g., 500 Nm), S 560/S 560 4MATIC (4.0 V8, 469 a.g., 700 Nm), AMG S 63 4MATIC+ (4.0 V8, 612 a.g., 900 Nm) və AMG S 65 (6.0 V12, 630 a.g., 1000 Nm).
Öz növbəsində, 2018-ci model ilinə məxsus təkmilləşdirilmiş Mercedes-Benz S-Class Cabriolet-i bu versiyalarda əldə etmək olar: S 560 (4.0 V8, 469 a.g., 700 Nm), AMG S 63 4MATIC+ (4.0 V8, 612 a.g., 900 Nm) və AMG S 65 (6.0 V12, 630 a.g., 1000 Nm).
Milli.Az