Maraqlı

Hündür daban ayaqqabılarla fərqli olmağın SİRLƏRİ

1 Sentyabr 2017 22:31
0 Şərh     Baxış: 2 448
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hansı fəsil olur olsun, hansı tərzdə geyim geyinirsiniz geyinin hündür dabanlı ayaqqabılar geyimin dəyişilməz və fərq yaradan bir detalıdır. Bəs, hündür dabanlı ayaqqabı geyinərkən diqqət etməli olduğunuz detalları bilirsinizmi?

Milli.Az ailem.az-a istinadən hündür dabanlı ayaqqabı ilə fərq yaratmağın sirlərini təqdim edir.

Kiçik addımlar böyük fərqlər
 
Cool olmağın ilk sirri rahat olmaqdır. Elə deyil mi? Hündür dabanlı ayaqqabı ilə yeriyərkən də bu rahatlığı qazanmaq üçün iri addımlar atmaq yerinə, kiçik addımlar atın.
 
Cizgini izləyin
 
Hündür dabanlı ayaqqabılarla yerimək bir sənətdir. Dabanlı ayaqqabı ilə yeriyərkən sanki bir cizgini izləyirmiş kimi yeriyin.
 
 Cəsur olun
 
Tərzinizi cəsur bir şəkildə yansıtmanız mütləqdir. Hündür dabanlı ayaqqabılarınız və geyim tərziniz, aksessuarlarınız ilə siz bütünsünüz və bu imic sizi xoşbəxt edirsə, qalan hər şey əhəmiyyətsizdir. Qarderobunuzu açarkən rahat olun. Hündür dabanlı ayaqqabını seçərkən də sərhədləri aşan seçimlər etməkdən çəkinməyin. Rahat olun, tabuları yıxın.
 
Tərzinizi yansıdın
 
Geyim tərzi olaraq seçdiyiniz konseptlərdə hündür dabanlı ayaqqabı mühüm bir tamamlayıcıdır. Yüksək bel bir geyimi gözə xitab edən və uyğun rəngdə bir stilletto ilə kombinlədiyiniz kimi, ekose ətəklər üçün də açıq tonlarda bir hündür dabanlı ayaqqabı seçə bilərsiniz.
 
İdeal hündür dabanlı dabanlı ayaqqabı qəlibini seçin
 
Ayaqqabı seçərkən nömrəsinə mütləq diqqət edin. Qəlibi sizə böyükdürsə, ortopedik ayaqqabı pedləri istifadə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.