Maraqlı

Mercedes yeni G-Class gəlir - FOTO

8 İyul 2017 23:25
2 Şərh     Baxış: 2 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirkət rəsmi surətdə bəyan edib ki, o, yeni nəsil yolsuzluq avtomobili G-Class üzərində iş aparır. Bu barədə Automotive News jurnalına müsahibəsində Mercedes-Benz-in yolsuzluq nəqliyatı vasitələri şöbəsinin rəhbəri Qunnar Qetenke danışıb. Top menecerin sözlərində görə, avtomobilin təqdimatı gələn il olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyin ölçüləri sələfinə nisbətən böyüyəcək. Bunun sayəsində arxa sərnişin oturacaqlarının rahatlığı təmin ediləcək. Bundan əlavə, top menecer yeni nəsil G-Class-ın müstəqil qabaq asma ilə təchiz ediləcəyi barədə məlumatı təsdiqləyib. Yolsuzluq avtomobili çərçivə konstruksiyasını qoruyub saxlayıb və 3 differensialı olan tam ötürücülü sürət qutusu alacaq.

Texniki xarakteristika barədə digər məlumatlar gizli saxlanılır. Qeyri-rəsmi məlumata əsasən, yolsuzluq avtomobilinin mühərrik qammasına 360 a.g.-dək gücü olan benzin mühərriklər daxil ediləcək. Həmçinin bir neçə dizel aqreqatın da olacağı gözlənilir. Onların ən güclüsü isə 6-silindrli, 313 a.g. verəcək mühərrik olacaq. Bir qədər sonra isə təkmilləşdirilmiş 4,0-litrlik benzin V8 Biturbo meydana gələcək. Bu aqreqat 470 -dən 600 a.g.-dək gücə malik ola bilər.

Yeniliyin şəkilləri sınaqlar zamanı bir neçə dəfə foto casuslar tərəfindən çəkilib. Avtomobil tanınan dizayn alacaq və təqribən 400 kq yüngülləşəcək. Yenilik, həmçinin aerodinamik asılqan alacaq ki, o, qarşı müqaviməy əmsalını azaldacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.