Maraqlı

Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı – VİDEO

4 İyul 2017 22:06
4 Şərh     Baxış: 2 026
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir.

Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.

Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı.

Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və "hər şeyin yaxşı bitdiyi üçün" bağışlanılmasını xahiş edib.

Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü sükan arxasında ləzginka oynadı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.