Maraqlı

Dünyanın texnologiya milyarderləri hansı avtomobilləri sürürlər? – FOTO

10 İyun 2017 23:18
0 Şərh     Baxış: 2 063

Texnologiya sənayesində dünya nəhəngləri olan şirkətlərin qurucuları və idarəediciləri hansı avtomobillərdən istifadə edirlər? 

Milli.Az oxu.az-a istinadən həmin siyahını təqdim edir. 

"Facebook" şirkətinin qurucusu Mark Zukerberq qiyməti təxminən 1.3 milyon avro olan "Pagani Huayra" avtomobilinə sahibdir. 

"Google"un qurucularından biri olan Sergey Brin "Tesla" şirkətinin SUV modeli olan "X" modelini sürür. 

"Microsoft" şirkətinin qurucusu olan Bil Qeytsin qarajında ən nadir avtomobillərdən ibarət kolleksiyası olsa da, onun sevimlisi 15 ildir idarə etdiyi "Porsche 959" modelidir. 

"Oracle" şirkətinin CEO-su Larri Ellison "Lexus" şirkətinin superkarı "LFA" idarə edir. 

"Dell"in CEO-si Maykl Dell isə "Porsche Carrera GT" sahibidir. 

"Apple" şirkətinin CEO-su Tim Kuk "BMW 5-ci seriya"nın sükanı arxasında əyləşir.

"Snapchat"in sahibi Evan Şpigel isə "Ferrari F12 Berlinetta" idarə edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.