500 min funt-sterlinqə satın alınmış ev onlara xudmani yuva təsiri bağışlayırdı.
Lakin Pervslə arvadı Keytin XVII əsrdə tikilmiş evdəki həyatlarını yaxınlıqda ucaldılmış külək turbini zəhərə döndərib. Peterin dediyinə görə, 25 metr hündürlüyü olan turbinin uğultusundan normal həyatın nə olduğunu unudublar.
"O, sutkaboyu işləyir və dayanmadan uğuldayır. Bu turbin bizi məhv edəcək. Turbini burada ucaltmış şirkətdən tələb edirik ki, onu götürsün və başqa yerdə quraşdırsın", - Peter deyib.
Milli.Az


