"Bü turbin bizi məhv edəcək" - FOTO
29 May 2011 20:45
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, Böyük Britaniyanın populyar "Blue Peter" qrupunun sabiq solisti Peter Pervs və arvadı Saffolk yaxınlığında, kənd yerində ev alaraq ora köçəndə sakit həyat yaşayacaqlarını düşünürdülər.
500 min funt-sterlinqə satın alınmış ev onlara xudmani yuva təsiri bağışlayırdı.
Lakin Pervslə arvadı Keytin XVII əsrdə tikilmiş evdəki həyatlarını yaxınlıqda ucaldılmış külək turbini zəhərə döndərib. Peterin dediyinə görə, 25 metr hündürlüyü olan turbinin uğultusundan normal həyatın nə olduğunu unudublar.
"O, sutkaboyu işləyir və dayanmadan uğuldayır. Bu turbin bizi məhv edəcək. Turbini burada ucaltmış şirkətdən tələb edirik ki, onu götürsün və başqa yerdə quraşdırsın", - Peter deyib.
Milli.Az


