Maraqlı

Avtobusla gəzən aktyor 400 min avroya maşın aldı - FOTO

26 Aprel 2011 20:30
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının "Habertürk"ə istinadən verdiyi məlumata görə, Tolqa Çevik 9 il əvvəl çəkildiyi serialın çəkiliş meydançasına avtobusla gedib-gəlirmiş.
Amma indi onun adı Türkiyənin ən çox qazanan aktyorlarının sırasında çəkilir.
2004-cü ildə məşhur aktyor Cem Yılmazın bacısı ilə ailə quran Tolqa Çevik "Komedi Dükkanı" proqramı ilə karyerasının zirvəsinə çatıb. Təkbaşına rol aldığı proqramda həftədə 60 min lirə (39 400 dollar), çəkildiyi reklamlardan isə ildə 1,5 milyon lirə (984 min dollar) gəlir əldə edən aktyor üç il əvvəl özünə üstü açıq "Porsche" almışdı. Amma Tolqa Çeviki bu da qane etməyib və bu günlərdə 400 min avroya "Mercedes SLS AMG" alıb.

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.