Maraqlı

Pişik sahibəsininin qızıllarını oğurladı

25 Aprel 2011 22:47
Baxış: 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki, Rusiyanın Sverdlovsk vilayətindəki Kamensk-Uralsk şəhərində qəribə hadisə baş verib. Pişik sahibəsinin 3 min dollarlıq qızıl-zinyət əşyalarını oğurlayıb.

Qadın bu barədə rayon daxili işlər idarəsinə zəng vurub deyib və hadisə yerinə gələn asayiş keşikçiləri də gerçəkdən, oğurluq olduğunu görüblər. Amma mənzildə heç bir quldurluq izi yoxdu.

Az sonra qadın deyib ki, oğrunun kim olduğunu bilir. "Gümanım pişiyə getdi. Çünki səhər tezdən onun ağzında qızıl üzüyü tutub yan otağa keçdiyini gördüm", - qadın deyib.
Mənzildə aparılan axtarış zamanı pişiyin müxtəlif yerlərdə gizlədiyi qızıllar tapılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.