"Atamı qadın olsa da, sevəcəyəm. Ata, səni çox istəyirəm".
6 yaşlı qız ilə onun atasının söhbətinin videosu sosial şəbəkələrdə sürətlə yayılır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Şelli Ellis videonun müəllifidir.
Avtomobildə çəkilmiş videoda Şelli Ellis arxa oturacaqda oturmuş 6 yaşlı qızı Leyla ilə danışır.
"Qızım, atan Mellori qadın olmaq istəyir. Bax, sən də qızsan, mən də qızam. Özümüzü yaxşı hiss edirik. Atan isə özünü oğlan kimi yaxşı hiss etmir. Biz də ona yardım etmək qərarına gəldik. O, qadın olmaq istəyir. Dünən atanla marketə getdik, çoxlu qız paltarı aldıq, makiyaj aldıq. Bundan sonra atanın saçları uzun, rəngli olacaq, o qız paltarı geyinəcək", - iki övlad anası Şelli deyib.
Balaca Leyla isə söyləyir: "Atam qadın olacaq? Olsun. Mən onu çox istəyirəm. Atam qadın paltarı geyinsə də, əvvəlki insandır. Nə fərqi var ki?!"
Milli.Az