Maraqlı

Yol polisindən qəribə əmr: "Başında aşsüzən sürməlisən!" - FOTO

13 Yanvar 2016 16:22
4 Şərh     Baxış: 6 378

Sürücülük vəsiqəsi üçün başında aşsüzən formasında toxunma papaqla şəkil çəkdirmiş moskvalı sürücü Andrey Filin bundan sonra sükan arxasına yalnız belə vəziyyətdə oturmalıdır.

Əks halda onun sürücülük vəsiqəsi əlindən alınacaq.
Milli.Az M24-ə istinadən bildirir ki, Rusiya Baş Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəis müavini Vladimir Kuzin deyib: "Onu yolda saxlasalar və başında o aşsüzən formasında papaq olmasa, vəsiqəsi əlindən alınacaq. Çünki sürücülük vəsiqəsindəki foto gerçəkliklə uyğun olmalıdır. Qoy, bundan sonra sükan arxasında olanda aşsüzəni başından çıxarmasın. Rəsmi sənədlər üçün nəzərdə tutulmuş fotoda başda papağın olması yalnız dini inanclara görə həmin insanın başqalarının yanında başını aça bilməməsi ilə bağlı ola bilər".
A.Filinin dediyinə görə, başında toxunma aşsüzən olan fotolu sürücülük vəsiqəsini yanvarın 9-da alıb.

O, pastafarianlıq təriqətinin ardıcılı olduğunu söyləyib: "Beynəlxalq sürücülük vəsiqəsi üçün də başımda aşsüzən foto çəkdirəcəyəm. Amma o aşsüzən ya dəmirdən, ya da plastikdən olacaq".
Dünyada ilk dəfə sürücülük vəsiqəsi üçün başında aşsüzən foto çəkdirən şəxs avstraliyalı pastafarian Niko Almdır. Olay 2011-ci ildə yaşanıb.


Pastafarianlıq və ya Uçan Spagetti Əjdahası təriqəti 2005-c ildə yaradılıb. Təriqətin banisi, amerikalı Bobbi Henderson bu minvalla ABŞ-ın Kanzas ştatının məktəblərində dünyanın "İlahi şüurun istəyi ilə yaranması" barədə dərslərə etiraz edib. Lağlağı təriqətin atributu aşsüzəndir.


Rusiyada Pastafarian Kilsəsi 2013-cü ildə rəsmi qeydiyyata alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ll · 13 Yanvar 2016 17:1800

    Camaatin başi xarab olur uje yavaş yavaş

    Cavab yaz
  • Anonim
    PatrioT · 13 Yanvar 2016 17:3300

    Gicdiler delidiler nediler bunlar

    Cavab yaz
  • Anonim
    seva · 13 Yanvar 2016 21:4800

    Mənim bunlarla işim yoxdu. Amma bir sualım var. Məlumatınız varsa zehmet olmasa deyin. Nə vaxtdan nəqliyyat vasitələrinin tuninginə icazə verilmir?

    Cavab yaz
  • Anonim
    Mətin · 14 Yanvar 2016 00:4100

    Bəlkə biri bığ saxlamaq istəyir bundan sonra. Yolda tutub bığını qırxacaqlar, şəkild bığı yoxdursa?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.