Maraqlı

Günəş və Ay tutulmaları haqqında maraqlı faktlar

1 Oktyabr 2015 21:50
3 Şərh     Baxış: 28 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlk Ay tutulması 1050-ci ilə məxsusdur. Bu hadisə Çində müşahidə edilib.

Keçən əsrin ən uzunmüddətli Ay tutulması Filippində baş verilib. 20 iyun 1955-ci ildə müşahidə edilən tutulma, 7 dəqiqə 8 saniyə davam edib.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, 21-ci əsrdə ən uzun Ay tutulması, 2010-cu ilin yanvar ayında müşahidə edilib. Tutulmanın müddəti, 11 dəqiqə davam edib. Bu tutulma Cənubi Asiyada və tropik Afrikada müşahidə edilib. Növbəti ən uzun Ay tutulması isə, 3043-cü ildə gözlənilir.

Ay  və Günəş tutulması daha tez-tez baş verir. Lakin tutulmanın güclülüyü və bütün Yer kürəsinə təsiri çox nadir hallarda müşahidə edilməkdədir. Buna görə də, bu günə qədər yalnızca bir dəfə, dünyanın hər yerində tam Günəş tutulması baş verib.
Ay, Yer kürəsindən 400 dəfə diametrik Ay məsafəsində və Günəş uzaqlığı şəkilində tutulmaqdadır. Tutulmanın nə vaxt və hansı müddət ərzində baş verdiyi isə, riyazi hesablamalar vasitəsilə müasir dövrdə dəqiqliklə hesablanmaqdadır.
Günəş tutulması heyvanlara ciddi təsir göstərir. İtlər, Günəş tutulması zamnı qulaqbatırıcı şəkildə hürməyə, pişiklər miyoldamağa başlayır. Bəzən isə, pişiklər tənha yerlər axtarmağa və gizlənməyə üstünlük verirlər.
 
İnsanlar, xüsusilə meteo-həssas insanlar, Günəş və Ay tutulmaları zamanı özlərini çox narahat hiss edirlər. Bəzilərinin qan və beyin təzyiqləri yüksəlməyə və hətta beyində qanaxmaya səbəb olur.
Dünyanın hər bir yerindən, Günəş tutulmasını izləmək üçün turistik səfərlərə belə çıxaraq, Günəş və ya Ay tutulmasını izləməyə gedirlər. Günəş və Ay tutulmasını ən yaxşı vəziyyətdə rentgen şüaları ilə, izləyirlər. 
 
Hətta tam Ay tutulması zamanı belə, Yer kürəsi narıncı-qırmızı rəngdə olur. Yəni, Yer kürəsi tam zülmət qaranlığa qərq olmur. Bunun əsas səbəbi isə, atmosferin şüa sındırıcı şüalarının işığı sındıraraq, belə bir rəngin alınmasını təmin etməsindədir.
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.