Bal ən faydalı məhsullardan biridir. Bal müxtəlif faydalı maddələrlə olduqca zəngindir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, balın tərkibində 60-dan çox müxtəlif faydalı maddələr (vitaminlər, minerallar, orqanik turşular, fermentlər və s.) var. Lakin balın faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onu düzgün qəbul etmək lazımdır.
1. İsti çayda və ya suda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta, bəzi mütəxəssislərin fikirinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti suda parçalanır. Bu səbəbdən balı ilıq, otaq temperaturunda olan suda həll etmək lazımdır.
2. Belə hesab olunur ki, balı tək qəbul etmək daha yaxşıdır (çörəyə, peçenyeyə və s. çəkəndə yox).
3. Gün ərzində 2-3 xörək qaşığı bal böyüklər üçün kifayətdir. Baldan fayda almaq üçün onu daim hər gün qəbul etmək lazımdır.
4. Uşaqlar gün ərzində 2-3 çay qaşığı bal yeyə bilər. Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal vermək tövsiyə etmir ki, bu allergiyaya səbəb ola bilər. Daha böyük yaşlı uşaqlara balı əvvəl az miqdarda suda həll edib verin və uşağın orqanizminin reaksiyasına nəzarət edin. Səpgilər, qaşınma əmələ gəldikdə həkimə müraciət edin.
5. Balı suda həll edib içəndə bu mədə-bağırsaq sisteminə müsbət təsir edir. Lakin mədə-bağırsaq sistemi xəstəliklərinin (qastrit, mədə və 12 barmaq bağırsağı xorası) kəskinləşməsi zamanı balı qəbul etmək olmaz.
6. Balı sovurmaq da olar. Bu ağız boşluğunda, boğazda olan iltihablar zamanı çox xeyirlidir. Lakin bundan sonra mütləq su içmək və ağız boşluğunu yaxşı yaxalamaq lazımdır ki, dişlərə ziyan vurulmasın.
7. Şəkərli diabet xəstələri üçün bal əks göstərişdir.
8. Balı səhər tezdən acqarına (yeməkdən 30 dəqiqə əvvəl) qəbul etmək yaxşıdır.
9. Axşam 1 çay qaşığı bal 1stəkan ilıq suda qarışdırıb için. Bu vasitə sakitlədirici təsir edir, yuxunu tənzimləyir.
10. Müxtəlif bal növləri müxtəlif xəstəliklər zamanı xeyirlidir. Belə ki, cökə balı soyuqdəymə xəstəlikləri zamanı xeyirlidir. Qarabaşaq balı qanazlığı, ürək-damar sistemi xəstəlikləri zamanı yaxşı təsir edir. Ən ətirli şabalıd balı isə mədə və böyrəklər üçün xeyirlidir.
11. Allergiyaya meyilli insanlar baldan ehtiyatla istifadə etməlidir - bal allergiyaya səbəb ola bilər.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Balı doğru qəbul edin ki, orqanizmə faydası olsun
15 Sentyabr 2015 21:40
0 Şərh
Baxış: 6 957

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO
-
Kondisionerdən istifadə edərkən diqqət edilməli əsas qaydalar
-
Xərçəng riskini azaldan ən effektiv 8 məhsul
-
Rafael Fiziyev rəqibinə şans vermədi
-
Azərbaycan ailələrinin xərcləri: Ən çox pul hara gedir?
-
Çağatay bu ölkənin vətəndaşlığını aldı
-
Tofiq Musayev rəqibi ilə BACARMADI
-
“Netanyahu gedəcək, amma İran qalacaq” - Medvedev
-
Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"
-
"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
-
Günün qoroskopu: Hələ ki hərəkət yox, müşahidə et
-
Tanınmış jurnalistə vəzifə verildi
-
Rusiya rahibələrdən Avropada təbliğat casusu kimi istifadə edir - KİV
-
Xamenei öldürülərsə, yeni lider necə seçiləcək?
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
İmam və onunla qaçan 16 yaşlı qız danışdı - VİDEO
-
Fatih Altaylı saxlanıldı
-
Aqil M. Quliyev bu yolla formada qalır
-
UFC Fight Night: Rusiyalı döyüşçü qələbə qazanıb - FOTO
-
"23 ildir Amsterdamda yaşayır"
-
Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə hökm oxundu
-
Nadir Qafarzadədən səs-küylü açıqlama: “Şərq qadını savadsızdır, Qərb qadını ağıllı!”
-
UFC Fight Night: Ən yüngül çəki üzrə ilkin kartın qalibi məlum olub (FOTO)
-
Uşaq kimdə qalmalıdır? - “Face studio” rəhbərinin qalmaqalı ilə bağlı rəsmi cavab - yenilənib