Maraqlı

Elmdə yeni sensasiya - FOTO

18 Dekabr 2014 11:25
0 Şərh     Baxış: 2 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirdə aparılan arxeoloji-qazma işləri alimləri şoka salıb. Onlar əldə etdikləri nəticəni sensasiya adlandırırlar.

Faiyum bölgəsində 300 hektarlıq ərazidəki Fəq əl Ğamus adlı məzarlıqda aparılan qazma işləri zamanı təqribən 1 milyon mumiya aşkarlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məzarlarda təxminən 1500 il əvvəl, misirlilər Qədim Roma və Bizansın nəzarətində olduğu zaman vəfat etmiş şəxslər mumiyalanaraq dəfn olunublar.
 

Məzarlıqlarda tapılan son mumiya 18 aylıq qızın cəsədidir.
 

Qahirədən 96 km cənubda yerləşən bu məkanda qazıntı işləri aparan alimlər artıq 1700-dən çox mumiyanı çıxarıblar. Onların dediklərinə görə, əhəngdaşı zağalarındakı məzarlarda 1 milyondan artıq mumiya ola bilər.
 

Onların çoxu 30 metr dərinlikdədir.
 

Qazıntı işləri aparan qrupun rəhbəri, ABŞ-ın Yuta şəhərindəki Briqam Universitetinin professoru Kerri Mulsteynin dediyinə görə, onların tapıntıları əsl elmi sensasiyadır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.