Maraqlı

İki uşaq anası nəhəng yırtıcını ovladı - FOTO

18 Avqust 2014 09:52
1 Şərh     Baxış: 2 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Alabama ştatında Mendi Stoks və onun 4 ailə üzvü nəhəng alliqator tutduqlarını bildiriblər.
 

Mendinin ovladığı alliqatorun ağırlığı 453 kq, uzunluğu isə 5,3 metrdir.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, Mendi Stoks bu yırtıcını 10 gün izlədiyini və sonucda ovladığını bildirib. Alliqator Tomason gölünün sahilində tutulub.

Ovu çox sevən Mendi əri Con, xalası oğlu Kevin Cenkinslə yanaşı, övladları - 16 yaşlı Savanna və 14 yaşlı Parkerin ona yardım etdiklərini söyləyib.
 

"Onu çoxdan izləyirdim. Sahildə, qayıqda oturub suya baxırdım. Qəflətən onu hiss etdim. Suyun altında idi. Başını suyun üzərinə çıxaran kimi tətiyi çəkdim və onu başından güllə ilə vurdum", - Mendi deyib.
 

Alliqatorun leşi "Ken Owens' Autaugaville" taksidermiya dükanı tərəfindən satın alınıb.
 

Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.