Maraqlı

Azərbaycanlıların tanımadığı ev heyvanı - FOTO

3 May 2014 16:06
1 Şərh     Baxış: 3 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanlıların tanımadığı Alpak adlı bu ev heyvan lamaların ev heyvanı növünə aiddir, onu həm də dəvəkimilər sinfinə aid edirlər

Milli.Az anspress-ə istinadən xəbər verir ki, çox sıx yun örtüyünə malik olduğuna görə bu heyvanlar adətən yüksək dağlıq ərazilərdə yaşaya bilir. Onların boyunun hündürlüyü 94-104 sm olur, çəkiləri 55-65 kiloqrama çatır. İki ildən bir bala vermək qabiliyyətinə malik olan alpakların balaları 11 ay ərzində doğulur. Doğularkən çəkiləri 1 kiloqram olan bu heyvanların 9 ay sonra çəkiləri 30 kiloqrama qədər artır. Adi ev heyvanları kimi ancaq ot-ələflə qidalanırlar. Ömürlərinin uzunluğu 7-25 il ola bilir.

Alpakı fermerlər adətən yunundan istifadə etmək üçün saxlayırlar. Belə güman edilir ki, bu heyvan ev laması və vikuninin qarışığından əmələ gəlib. Bu heyvanı Afrikada və Avropanın bir çox ölkələrində uyğunlaşdırmaq istəsələr də, təsərrüfatçıların səyləri nəticə verməyib. Əsasən, dağlıq yüksəkliklərdə yaşamağa uyğunlaşan alpaklar gündüz dağ çəmənliklərdə otlayır, axşam isə örüşdən axura qayıdırlar. Onlar adətən su olan yerlərdə otlayırlar. Fermerlər yaxşı yun götürsünlər deyə, onların yemlərinə mineral qarışıqlar əlavə edilər. Bir tövlədə adətən 6-10 alpak saxlanılır.

Bizim çoxumuzun bu günə kimi tanımadığımız alpakların 2000 ildən artıqdır ki, ev heyvanı kimi insanlara xeyir verirlər. Peruda yaşayan inki tayfalarının bu heyvanı bizim eradan 500 il əvvəl əhilləşdirib, ətindən, yunundan və dərisindən istifadə etmələri haqqında bilgilər var. Həmin tayfalar bu heyvanların peyinindən yanacaq vasitəsi kimi istifadə edirdilər. Təsadüfi deyil ki, həmin zamanlarda alpakları inklərin "qızılı" adlandırırdılar. Bu gün də alpak Çili, Peru və Argentinada, And dağlarında səmərəli ev heyvanı kimi saxlanılır, onun yunundan istifadə edirlər. Onlardan alınan yun tez rəng götürmə qabiliyyətinə malikdir. Statistikaya görə, bu gün 3 milyona qədər alpak var, təsərrüfatçılar onun sayını daima artırırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.