Maraqlı

Yırtıcıdan bir qarış aralıda, qorxu içində... - FOTO

14 Mart 2014 20:56
1 Şərh     Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tanzaniyadakı Serengeti Milli Parkında unikal və maraqlı olay yaşanıb.

31 yaşlı avstraliyalı Bobbi-Co Klou Land Rover markalı avtomobillə safaridə olarkən yaxınlıqdakı gepardların fotolarını çəkirdi.

Maşında onun qardaşı da vardı.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bobbi Co gepardların fotolarını çəkərkən o, yırtıcılardan birinin maşının damına çıxdığını görməyib.

Halbuki gepardla Bobbi-Conun arasında bir qarış məsafə qalmışdı.


"Qəflətən başımı yana çevirəndə onu gördüm. Heç nə edə bilmirdim, çünki qorxu içindəydim. Cepard cavandı və insanlardan əsla qorxmurdu. Beləcə, bir müddət baxışdıq. Sonra o, maşının damından düşüb getdi", - Klou deyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.