Rusiyada absurd bir qətl törədilib. İbtidai sinif müəllimi ilə dostu arasında "Nəzm, yoxsa nəsr?" mövzusunda mübahisə düşüb. Mübahisə davaya çevrilib və müəllim dostunu bıçaqlayaraq öldürüb.
Milli.Az News-a istinadən bildirir ki, polisdən verilən məlumata görə, şeir pərəstişkarı olan 53 yaşlı ibtidai sinif müəllimi 67 yaşlı dostu ilə ədəbiyyatla bağlı söhbət edirdi. Dostu nəsri nəzmdən daha üstün tutduğunu deyib və mübahisə başlanıb.
Müəllim dostunu bıçaqlayandan sonra qonşu məhəllədəki başqa dostunun evinə gedərək orada gizlənib.
4 ay əvvəl Rusiyanın Rostov-Don şəhərindəki dükanlardan birində iki nəfər arasında alman filosof İmmanuil Kantın "Saf ağlın tənqidi" əsəri ilə bağlı mübahisə yaranmışdı. Kantın əsərini bəyənməyən şəxs güllə ilə vurulmuşdu.
Milli.Az





