Maraqlı

Müflis olan milyarder: eyş-işrət, qadınlar, kef... - FOTO

31 Yanvar 2014 10:49
0 Şərh     Baxış: 2 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O, ötən il müflis olduğunu demiş, şirkətlərini itirdiyini söyləmişdi. Lakin ötən ildə bu insanın həyatı əyləncə, istirahət, səyahətlərdə keçib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərinin sakini Tomas Kramer multimilyonçu idi. Lakin o, 2007-ci ildə iflasa uğradığını, 108 milyon dollarlıq varidatının puç olduğunu bildirmişdi.
 

İflas proseduru ilə bağlı məhkəməyə müraciət edən 56 yaşlı T.Kramer "vur-tut" 300 min dollarının qaldığıın bəyan etmiş, ayda "cəmi" 50 min dollara yaşadığını demişdi. Fəqət indi bəlli olur ki, multimilyonçu yalan danışıb.


Belə ki, o, ötən il "Qızıl qlobus" mərasiminə yollanıb, "Universal Studios"da olub, daha sonra Tokio, Seul, Honkonq, Banqkoka yollanıb, Vyetnamı dolaşıb.


Bundan daşqa, Kann kinofestivalına qatılıb, Türkiyədə yaxtada dincəlib, Las-Veqasda dəbdəbəli ad günü keçirib.

Yaxtaları, avtomobilləri, şərabları və qadınları ilə məşhur olan 56 yaşlı pleyboy Tomas Kramer sərvətini daşınmaz əmlak bazarındakı əməliyyatlarla qazanmışdı.


İndi o, kreditorlara 108 milyon dollar ödəməlidir. Kramer pulunun olmadığını deyir, amma lüks həyat sürür, eyş-işrətdən və kefindən qalmır.

Kramerin dediyinə görə, Star Aylenddəki villalarından birini kirayəyə verməklə dolanır.


"3,8 milyon dollarlıq ödəniləsi hesablarım var. Pulum olduğunu düşünənlər yanılırlar. Dostların yardımlarından da istifadə edirəm. 300 min dollarım tükənəndən sonra tam müflis olduğumu bəyan edəcəyəm. Əyləncə və səfərlərə gəldikdə isə, bütün xərcləri dostlar ödəyirlər. Onlar məni dəvət edirlər, mən də gedirəm", - Tomas Kramer söyləyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.