Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 38 yaşlı müğənninin dediyinə görə, yeni albomunun adı "Sex +Love" olacaq.
Martın 18-də satışa çıxarılacaq albomun promouşn kampaniyası çərçivəsində müğənni sosial şəbəkələrdə "I'm A Freak" mahnısının klipinin tizer versiyasını yayıb.
Bu mahnı E.İqlesiasla Pitbulun duetidir.
Çoxsaylı yarıçılpaq qadınların çəkildiyi, açıq-saçıq səhnələrlə zəngin olan klipin tizer versiyası qalmaqala səbəb olub. Belə ki, ABŞ və İspaniyada bir neçə telekanal bu videonu nümayiş etməyəcəklərini bildiriblər.
Facebook, Twitter və İnstagram-da isə on minlərlə istifadəçi Enrike İqlesiasın profillərinə yazaraq hiddətləndiklərini, albomun adının və mahnının yolverilməz dərəcədə açıq-saçıq olduğunu bildiriblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.









