Maraqlı

Bülent Ersoy 2 villa aldı

31 Yanvar 2014 00:11
1 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Türkiyənin tanınmış müğənnilərindən olan Bülent Ersoy Milas bölgəsindəki Güllük səmtində 1,5 milyon lirə dəyərində 2 villa alıb.


Milli.Az DHA-ya istinadən bildirir ki, B.Ersoy villaların yerləşdiyi məkana yollanıb. Onu Güllük bələdiyyə sədrinin müavini Tevfik Karıçın və "Kırdağ İnşaat" şirkətinin sahibi Behçet Kırdağ qarşılayıblar.


B.Ersoy sevgilisi Berk Yılmaz ilə villaların alqı-satqısı ilə bağıl sənədləri imzalayıb.


"Dənizə baxan iki dubleks villanı çox bəyəndim. Üstəlik, buraya gələndə yollardan da xoşum gəldi. Hava limanlarının uçuş-eniş zolağı kimi əla keyfiyyətli, hamardır", - B.Ersoy söyləyib.
 

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.