Maraqlı

Unikal Aston Martin satılır - FOTO

11 Dekabr 2013 22:42
0 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu Aston Martin DB6 Vantage Shooting Brake 1967-ci ildə FLM Panelcraft (London) kuzov emalatxanası tərəfindən yalnız üç nüsxədə buraxılmış avtomobildən biridir və həm də indiyə qədər bu üçlükdən yalnız iki maşın salamatdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa, təqdim edilmiş avtomobilin ləyaqətli şəcərəsi var: 1967-ci ildə o dünyaya kupe kuzovunda gəlib. Elə o cürə də onu Formula-1 yarışçısı, 1961-ci il ABŞ-ın qran prisinin qalibi İness Ayrlend satın alıb. Ayrlendin sifarişi ilə FLM ustaları DB6-nı "shooting brake"ə çevirdilər. 1993-cü ildə yarışçının ölümündən sonra avtomobil iki il ərzində tamaşaçıların qarşısına çıxmadı.

Maşının üzərində tam kompleks bərpa işləri aparılıb və həm də bu işlə Aston Martin zavod ustaları məşğul olublar.

DB6 Shooting Brake qiyməti açıqlanmır, ancaq onu nəzərə alsaq ki, dünyada bu nüsxədən cəmi bir cüt mövcuddur, onu əldə etmək istəyən kolleksiyaçıya onun çox baha başa gələcəyi şübhəsizdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.