Standart 5,4-litrlik səkkiz silindrli mühərrik 476 at gücü hasil etdiyi halda əlavə tamamlama işləri daha 234 at gücü "sıxmağa" imkan verib. Nəticədə avtomobil ilk "yüzlüyə" daha tez - cəmi 4 saniyə ərzində sürətlənməyə başlayıb və sürət məhdudlaşdırıcısının aradan qaldırılması saatda 300 km maksimal surət əldə etməyə kömək edib.
Xaricdən avtomobil qabaq bamperin aşağı hissəsində karbon dodaq, qara panoram dama uyğun ton verilmiş şüşələr, qara radiator barmaqlığı, arxa bamperin qara diffuzoru və yük yerinin qapağında və qabaq qanadlarda qara tanınma lövhəciyi əldə edib. RENNTECH detalları dəsti sayəsində Mercedes-Benz E55 AMG aşağı klirens əldə edib və əyləc sisteminin məhsuldarlığı EBC və StopTech detalları hesabına yaxşılaşıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






