700 at güclü Mercedes E55 AMG - FOTO

29 Oktyabr 2013 19:16
Baxmayaraq ki, W211 kuzovunda Mercedes-Benz E55 AMG artıq zavod təchizatında çox güclü və sürətli sedandır və öz göstəricilərinə görə tam dəyərli sportkarlardan geri qalmır, kimə üçün isə bu kifayət deyil. Seriya modelin göstəricilərinin əhəmiyyətli yaxşılaşmasına nail olmağı arzu edən haqqında danışacağımız avtomobilin sahibi öz maşınında ciddi dəyişikliklər etmiş və digər seriya avtomobilləri arasında biznes-klass idman sedanını ayırd etmək üçün onun tərtibatını da təravətləndirib.

Standart 5,4-litrlik səkkiz silindrli mühərrik 476 at gücü hasil etdiyi halda əlavə tamamlama işləri daha 234 at gücü "sıxmağa" imkan verib. Nəticədə avtomobil ilk "yüzlüyə" daha tez - cəmi 4 saniyə ərzində sürətlənməyə başlayıb və sürət məhdudlaşdırıcısının aradan qaldırılması saatda 300 km maksimal surət əldə etməyə kömək edib.

Xaricdən avtomobil qabaq bamperin aşağı hissəsində karbon dodaq, qara panoram dama uyğun ton verilmiş şüşələr, qara radiator barmaqlığı, arxa bamperin qara diffuzoru və yük yerinin qapağında və qabaq qanadlarda qara tanınma lövhəciyi əldə edib. RENNTECH detalları dəsti sayəsində Mercedes-Benz E55 AMG aşağı klirens əldə edib və əyləc sisteminin məhsuldarlığı EBC və StopTech detalları hesabına yaxşılaşıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.