Milli.Az The Ballarat Courier-ə istinadən bildirir ki, külçə Avstraliyanın Viktoriya ştatındakı Ballarat şəhərinin yaxınlığında, 60 sm dərinlikdə aşkarlanıb.
Qızılı tapan şəxs qızıl məmulatların qəbul olunduğu dükana yollanaraq mütəxəssislə məsləhətləşib.
Dükanın sahibi Kordell Kentin dediyinə görə, hələ indiyədək belə külçə görməmişdi.
Külçəni ərinmiş halda təxminən 300 min Avstraliya dollarına (300 min dollar) satmaq olar.
"Lakin külçəni indiki halda satmaqla daha çox pul qazanmaq mümkündür", - Kent deyib.
Qızıl külçəsinin kolelksioner və ya muzeyə satılacağı gözlənilir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
5,5 kq-lıq qızıl külçə tapdı - VİDEO
17 Yanvar 2013 18:17
0 Şərh
Baxış: 1 113
