Maraqlı

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər təəccüblənir

30 Avqust 2026 00:45
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir. Eyni zamanda yuyulmadan sonra liflərdə qala bilən sabun qalıqlarını və sudakı mineralları təmizləyir. 

Milli.Az xəbər verir ki, sirkənin bir dezinfeksiyaedici və ya yuyucu vasitə olmadığı unutulmamalıdır. Ona görə də əsas təmizlik üçün yuyucu vasitədən istifadə etməyə davam etmək, sirkəni isə köməkçi üsul kimi qiymətləndirmək lazımdır.

Sirkə istifadə olunacaq geyimin xüsusilə tər və qoxu yaranan bölgələrinə az miqdarda səpilə bilər. Parçanı tamamilə ısladacaq qədər sirkə istifadə etmək əvəzinə ölçülü olmaq və geyimi təxminən 10-15 dəqiqə gözlətmək tövsiyə olunur. Ardından geyim yuyucu vasitə ilə birlikdə normal yuma proqramında yuyula bilər. Yuma başa çatdıqdan sonra isə həmişəki kimi açıq havada və ya quruducuda qurutmaq olar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.