Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siqaretin insan sağlamlığına vurduğu zərəri konkret rəqəmlərlə hesablamaq mümkündür. London Universitet Kollecinin yeni araşdırması siqaret çəkməyin ömür uzunluğuna təsirini müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, alimlərin hesablamalarına görə, çəkilən hər siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır. Bu göstərici kişilərdə təxminən 17, qadınlarda isə 22 dəqiqədir.
Gündə 10 siqaret çəkən şəxs bu vərdişindən cəmi bir həftə uzaqlaşmaqla statistik hesablamaya əsasən, ömrünün təxminən bir gününü qoruya bilər.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə ölkədə yaşı 18-dən yuxarı olan siqaret çəkənlərin sayı təxminən 6 milyon nəfər təşkil edib. Mütəxəssislər bildirirlər ki, insan siqaretdən nə qədər tez imtina etsə, uzun və sağlam yaşamaq ehtimalı bir o qədər artır.
Siqareti tərgitdikdən sonra orqanizmdə müsbət dəyişikliklər qısa müddətdə başlayır. Təxminən 20 dəqiqə sonra ürək döyüntüsü normallaşmağa başlayır. 12 saat ərzində qandakı dəm qazının səviyyəsi normal həddə qayıdır. Bir neçə həftə sonra isə qan dövranı və ağciyərlərin fəaliyyəti yaxşılaşır.
Siqaret qanı qatılaşdıraraq tromb yaranması riskini artırır, arterial təzyiqi və nəbzi yüksəldərək ürəyin daha çox işləməsinə səbəb olur. Eyni zamanda damarları daraldır və orqanlara oksigenlə zəngin qanın çatmasını azaldır.
Bütün bunlar ürək-damar xəstəlikləri, insult və digər təhlükəli problemlərin yaranması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər siqaretdən imtina etmək üçün heç vaxt gec olmadığını vurğulayırlar. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı
-
Xuraman Şuşalı 10 kiloqram arıqladı - (Video)
-
Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)
-
Hava limanında baqajları belə boşaldırlarmış - Ona görə çamadanlar qırılır - (Video)
-
Murat ikinci dəfə ata oldu
-
Xalq artistindən qızı ilə bağlı paylaşım - (Fotolar)
XƏBƏR LENTİ
-
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
“Aşk-ı Memnu”nun “Nihat”ı qızı ilə - (Foto)
-
Tramp Hörmüzlə bağlı İrana xəbərdarlıq edib
-
Əliağa Kürçaylının nəvəsinə məxsus əmlaka həbs qoyuldu
-
Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı
-
Yevlaxda qaz olmayacaq
-
Xuraman Şuşalı 10 kiloqram arıqladı - (Video)
-
Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu - (Foto)
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Azərbaycanda güclü külək başlayır - Narıncı xəbərdarlıq verildi
-
Təhsil müəssisələrində çalışmaq istəyənlərin nəzərinə: İşə qəbul müsabiqəsinə start verilir
-
Məhkəmə zalından azadlığa buraxılan sabiq rəis barədə yeni qərar
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Tunel tikintisi küçəni dəyişib: Sakinlər 2 ildir avtobus gözləyir
-
Stadion ətrafında avtobuslarla bağlı qərar
-
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi - (Video)
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Bakıda motosiklet və çanta oğurlayan şəxslər tutuldu
-
Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)
-
Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Bulvar” QSC-yə çevriləcək
-
ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
-
Prezident "Formula-1"lə bağlı Sərəncam imzaladı
-
Hava limanında baqajları belə boşaldırlarmış - Ona görə çamadanlar qırılır - (Video)





