Maraqlı

Ölüm öncəsi bir çoxları eyni sözləri eşidir: ən çox səslənən son ifadə hansıdır?

11 Fevral 2026 10:32
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insan dünyasını dəyişərkən həkimlərin onların öldüyünü elan etməsini də eşidirlər.

Milli.Az xəbər verir ki, Mirror nəşrinə istinadən bu nəticəyə doktor Sem Parnia rəhbərliyindəki alimlər qrupu gəlib.

Tədqiqatçılar ürək dayanması keçirmiş pasiyentlərin təcrübələrini araşdırıblar. Onlardan bəziləri ölüm faktı qeydə alındıqdan sonra belə şüurlarının qaldığını və ətrafdakı səsləri eşitdiklərini bildiriblər. Doktor Parnia izah edib ki, ölüm ürəyin dayanması anında qeydə alınır. Lakin beyin aktivliyi qısa müddət ərzində davam edə bilər.

Bu isə bəzi pasiyentlərin ətrafda baş verənləri dərk etməsini izah edir.

Qeyd edək ki, bu cür araşdırmalar 1970-ci illərdən aparılır. "Ölümə yaxın təcrübə" termini yüzlərlə pasiyentin yaşantılarını təsvir edən amerikalı psixiatr Reymond Mudi tərəfindən elmi dövriyyəyə daxil edilib. Statistikaya görə, klinik ölüm keçirmiş insanların 10-20%-i bədəndən ayrılma hissi, işıq tuneli və ya vəfat etmiş yaxınlarını görmə kimi qeyri-adi yaşantılar barədə məlumat verir.

Alimlər bu universal fenomeni araşdırmaqda davam edirlər.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.