Maraqlı

"Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar

9 Yanvar 2026 11:53
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

08.01.2026 tarixində Park Cinemanın Flame Towers filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan "Səkkiz"in ikinci hissəsinin Qala Gecəsi baş tutdu.

Milli.Az xəbər verir ki, Qala Gecəsində incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə tanınmış yaradıcı şəxslər iştirak etmişdir. Tamaşaçılar 2-ci hissənin daha həyəcanlı və cəlbedici olduğunu qeyd etdilər.

Xatırladaq ki, 26.12.2025 tarixində "Səkkiz" çoxseriyalı bədii filminin Park Cinemada ilk hissənin Qala Gecəsi tamaşaçılar və qonaqlar tərəfindən böyük həyəcan və maraqla qarşılanmışdı. 4 ədəd iri zal, ümumilikdə 500-dən artıq qonaq və tamaşaçı bir gecədə onu yaradıcılarla izləmək şansını əldə etmişdilər.

"Səkkiz" çoxseriyalı bədii filminin həm ilk, həm də ikinci hissələri hal hazırda Park Cinemada nümayiş olunur.

Biletlər: https://new.parkcinema.az/az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.