Maraqlı

“CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO

2 Dekabr 2025 13:06
Baxış: 44
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"CineMastercard" kinoteatrlar şəbəkəsində 4 dekabrdan etibarən  "Soyut Dışavurumcu Bir Dostluğun Anatomisi Veyahut YAN YANA" türk komediyasının eksklüziv nümayişi başlayır.

Məşhur fransız filmi "Toxunulmazlar" (1+1) filmindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə - türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib.

Baş rollarda: Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam.

Hekayə adi həyatda heç vaxt görüşməyəcək iki insandan bəhs edir. Biri qəzadan sonra iflic olmuş varlı aristokratdır. Digəri isə çətin keçmişi olan kasıb məhəllədə böyüyən sadə, şən və enerjili oğlandır. Fərqliliklərinə baxmayaraq, onların arasında hər ikisinin həyatını dəyişən bir dostluq yaranır.

Yalnız "CineMastercard" kinoteatrlarında tamaşaçıları gülüş dolu anlar, canlı obrazlar və isti dostluq hekayəsi gözləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.