Heyvanları "DAŞA ÇEVİRƏN" göl - Planetin ən qorxunc yerlərindən biri - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və ölümcül göllərindən biri hesab olunur. Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır. Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.
Milli.Az bildirir ki, bu barədə "Live Science" portalında dərc olunan məqalədə qeyd olunub.
Gölün bu qədər təhlükəli olmasına səbəb onun vulkanik mənşəyi və sulara yuyulan natrium-karbonat, həmçinin digər duzlarla zəngin olmasıdır.
Buna baxmayaraq, bəzi canlılar burada yaşamağa uyğunlaşıblar. Natron gölü, dünyanın 75%-ni təşkil edən 1.5-2.5 milyon arası kiçik flaminqonun əsas çoxalma məkanıdır. Flaminqolar göldə yaranan adalarda yuva qurur, onların ayaqlarındakı sərt dəri və pulcuqlar isə kimyəvi yanmalardan qoruyur.
Bundan başqa, göldə bəzi tiplərdə tilapiya balıqları, həmçinin qırmızı rəng verən halofil mikroorqanizmlər və sianobakteriyalar da yaşayır.
Flaminqolar məhz bu mikroorqanizmlərlə qidalandıqları üçün onların lələk örtüyü çəhrayı rəng alır.
Göldə yay aylarında temperatur 60 dərəcəyə çatır. Cəmi 0,5 metr dərinliyə malik gölün genişliyi isə 15 kilometrə çatır və mövsümə görə dəyişir.
2013-cü ildə aparılan tədqiqatlar zamanı alimlər göl sahilində daşlaşmış quş və yarasa qalıqları aşkar ediblər. Onlar göldə ölüb və natrium karbonatın təsiri ilə sanki "mumiyalanıblar".
Bu xüsusiyyətlərinə görə, Natron gölü "Yer kürəsinin ən qorxulu gölü" adlandırılır. /Oxu.Az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





