Maraqlı

Bakıda məşhur gecə klubu karantinə alındı - Qəfəsdə "zombi"lər aşkarlandı - FOTOlar

20 İyun 2025 13:30
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klubunda Park Cinema tərəfindən "28 il sonra" filminin şərəfinə unudulmaz post-apokaliptik gecə keçirilib.

Gecədə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Qonaqlar tədbirə daxil olarkən xüsusi yoxlanışlardan keçdi - hərarət ölçümü, metallodetektorlar, "zombi infeksiyası" müəyyən olunması və s.

Klubun içində isə hər şey filmin stilində davam edirdi. Səhnədə şoumen və Bakının ilk "zombi tərbiyəçisi" Rəsul Həsənov qonaqları salamladı və səhnəyə ifaçı Natavan Quliyevanı dəvət etdi. Möhtəşəm canlı ifadan dərhal sonra xüsusi ağ geyimdə insanlar zəncirlərlə bağlanılmış və zombi virusuna yoluxmuş balerinanı səhnəyə gətirdilər. Şoumen iddia etdi ki, o, zombiləri idarə edə bilir və elə həmin anda balerina zombiyə inanılmaz hərəkətlər etdirərək bunu sübut etdi.

Səhnədə gərginlik artarkən qəfildən zombi obrazında "GAGA" rok qrupu və "Madhuskies" rəqs kollektivi çıxış edərək atmosferi tamamilə dəyişdi. Bakı gecəsi distopik film atmosferinə çevrildi.

Gecənin yekununda Park Cinemanın Marketinq direktoru Üzeyir Abdullayev və PR meneceri Anar Eyvazov səhnəyə çıxaraq "1 dəqiqəlik film" adlı xüsusi müsabiqənin startını elan etdilər. Müsabiqə "28 il sonra" - tamamilə smartfonla çəkilmiş ilk Hollivud filmi münasibətilə keçirilir. İştirak etmək üçün bahalı kameraya və ya avadanlığa ehtiyac yoxdur - sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib qiymətli hədiyyə alacaq.

Ətraflı məlumat və müsabiqənin şərtləri üçün Park Cinemanın rəsmi Instagram səhifəsinə keçid edin.

"28 il sonra" filmi hal hazırda Park Cinemada türk ingilis və rus dillərində nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.