Maraqlı

Circus Sea Breeze səhnəsində Avropanın ən titullu sirk ailəsi – Togni sirk sülaləsi çıxış edir - FOTO

21 Mart 2025 17:14
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu mövsümdə Circus Sea Breeze səhnəsində Avropanın ən titullu sirk ailəsi - Togni sirk sülaləsi çıxış edir. 150 ildən artıq tarixi olan bu dünya şöhrətli sirk milyonlarla tamaşaçının sevgisini qazanan möhtəşəm proqramı ilə ilk dəfə olaraq ölkəmizdə təqdim olunacaq.

Benqal, qızıl və ağ pələnglərin möhtəşəm çıxışı, akrobatların həyəcanverici şouları, kanat ustalarının tarazlıq nümayişi, Ölüm Çarxı, oxatma şousu, italiyalı kloun, peşəkar rəqqaslar, möhtəşəm vokal ifaçısı və daha çoxu bu möhtəşəm şouda manejə çıxacaq.

Dünyanın ən məşhur sirk ustalarının iştirakı ilə 2 saatdan çox davam edən bu unudulmaz şou hər kəsi heyrətləndirəcək!

Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından Circus Sea Breeze-ə və geriyə pulsuz avtobus xidməti təşkil olunacaq.

Bu möhtəşəm tədbirin təşkilatçısı "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilovdur.

Biletlər: https://iticket.az/events/circus/italian-circus-flavio-and-daniele-togni

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.