Sıldırımın əkiz məbədləri - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Quyçjou əyalətinin cənub-qərb hissəsindəki Səmaaltı ərazisində tarixin özü qədər qədim vulkanların övladı olan Fansizinşan dağı ucalır. Qeyri-adi sıldırım qayalıqları olan bu dağ təbii gözəlliyinə və orijinallığına görə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qeyri-adi bir təbiət möcüzəsidir.
Yerli sakinlərin Məbəd dağı adlandırdığı bu məkan özünün xüsusi bitki örtüyü və dağ-meşə heyvanları ilə seçilir. Dumanlı-qarlı zirvəsində qoşa məbəd ucalan Fansizinşan dağı buddistlərin ən müqəddəs yerlərindən sayılır.
Hələ qədim Çində, Tan sülaləsi dövründə (VII-X əsrlər) bu dağın döşündə çoxlu sayda məbəd mövcud olub. Həmin məbədlər bu günümüzə gəlib çatmasa da zirvədə qoşa üzük qaşına bənzəyən bu iki məbəd hələ də öz varlığını qoruyub saxlamaqdadır.
Bu gün Məbəd dağının iki barmağa bənzəyən zirvələrində qədim qoşa məbədlər baş-başa verib öz ömürlərini sürdürməkdədirlər. Bu yanaşı zirvələrdə qoşa ucalan məbədləri yerli əhali "əkiz məbədlər" də adlandırır.
Həmin tikililərin biri Budda məbədi, digəri isə Maitreya məbədi kimi tanınır. Maraqlıdır ki, yanaşı ucalan bu məbədlərin arasında dərin sıldırım var. Lakin buddistlər əkiz qardaş sayılan məbədləri biri-birindən ayrı düşməyə qoymayıblar. Odur ki, məbəddən məbədə keçid etmək üçün sıldırım üzərindən qayadan-qayaya körpü inşa ediblər. Həmin körpü vasitəsilə ziyarətçilər bir məbəddən digərinə keçmək imkanı əldə edirlər. Buddistlər aradakı bu körpünü "məbədlərin ortaq ürəyi" adlandırırlar.
Dağın aşağısından zirvəsinə gedib çatmaq üçün ziyarətçilər sıldırım qayalar üzərində oyulmuş uzun pilləkənlə qalxırlar. Əlbəttə, buddist inancına görə nirvanaya doğru irəliləmək, ən keçilməz yollarla olsa belə, heç zaman qorxulu olmamalıdır. Yəni, qəlbində müqəddəs amalla yola çıxan ziyarətçini ən keçilməz maneələr belə öz yolundan döndərə bilməz. Ziyarətçilərin dediyinə görə onlar bu yolla irəliləyərkən, pilləkənlər boyu nə az, nə çox, düz 8888 addım atırlar. 8 rəqəmi buddizmdə səkkiz pilləli yoqa təliminə işarədir. Ürəyində arzu tutub ziyarətə yollanan ziyarətçilərin hər iki məbədi ziyarət etmələri daha doğru sayılır. Çünki inanca görə məbədlərdən birinin hansısa arzunun çin olmasına gücü çatmaya bilər, ona görə də ziyarətə qalxan buddist mütləq aradakı körpüdən adlamalıdı.
Əkiz məbədlər Fansizinşan dağının zirvəsində, dəniz səviyyəsindən 2572 metr yüksəklikdə yerləşirlər. Zəvvarlar zirvəyə qalxmaq üçün təxminən 4 saat vaxt sərf edirlər. Əkiz məbədləri ziyarətə qalxan turistlər öz həyatlarının ən ekstremal və unudulmaz məqamlarını yaşayırlar. Zirvədən görünən təbiətin saflığı burada hər bir insanı nələrəsə inandırmağa çalışır. Təkcə inanclı buddistlər deyil, hər il minlərlə xarici turist də bu məbədlərin görüşünə qalxır. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
Zeynəb Xanlarova uzun fasilədən sonra – Canlı ifası diqqət çəkdi - (Video)
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
XƏBƏR LENTİ
-
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
""Hollivud"a dəvət alan ilk azərbaycanlı aktyoram" - (Video)
-
Bir mənzilin borcu bütün binanın istiliyinə təsir edəcək - Açıqlama
-
Makron özü ilə bağlı etiraf etdi: Hələ də yetkinləşə bilməyib
-
Azərbaycanda daha bir vəkil həbs edildi
-
İsmayıllıda keçmiş məktəb direktoru vəfat edib
-
Ermənistan telekanalında canlı efirdə dava - Siyasətçilər əlbəyaxa oldu - (Video)
-
Kamil Zeynallı qızının uğuruna kövrəldi - (Video)
-
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
-
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
-
İki gündə 58 cinayət açıldı, 67 axtarışda olan şəxs tutuldu
-
Bakıda külək, rayonlarda qar, leysan... - Hava ilə bağlı son məlumat
-
Avropa Rusiyadan imtina edir, amma qaz böhranı dərinləşir - İndi kimdən asılıdır?
-
Paytaxtda küləyin fəsadları aradan qaldırılır - (Foto)
-
Əməl Sayın mirasını kimə qoyacaq?
-
Məktəblərdə payız tətili başladı
-
Muxtar Məmmədov vəfat etdi
-
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək
-
Bakıda avtobus piyadanı vuraraq öldürdü
-
Bakıda güclü külək faciəyə səbəb oldu - Qadın hasarın altında qalaraq öldü
-
Serenay Sarıkayanı "Şabaniye"yə bənzətdilər - (Video)
-
2026-cı ilin qışı ilə bağlı şok proqnoz: Tarixdə cəmi 3 dəfə belə olub
-
Paytaxtın 7 küçəsində tıxac var





