Maraqlı

Zəlzələlərə səbəb əslində bu imiş

28 Fevral 2025 08:59
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırılma zonalarında süxurların quruluşu və düzülüşü zəlzələlərə tektonik plitələr arasındakı gərginlik kimi təsir göstərə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Miçiqan Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Onların tədqiqatlarının nəticələri "Science Advances" jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, zəlzələlər yalnız kontinental plitələr arasında gərginliyin artması nəticəsində bir lövhə digərinin altına sürüşməsi ilə yaranır.

Lakin yeni araşdırmalar göstərdi ki, qırılma zonalarında olan süxurlar bu prosesdə mühüm rol oynayır.

Alimlər Yaponiyanın şərqi Kanto bölgəsində, Tokionun yerləşdiyi ərazidə zəlzələlərə dair məlumatları təhlil ediblər. Müəyyən edilib ki, bölgədəki süxurlar müəyyən bir istiqamətdə yönəldilmiş mineral təbəqələrindən ibarətdir. Bu, onların anizotrop xüsusiyyətə malik olmasına səbəb olur (yəni onların xassələri təsir istiqamətindən asılıdır).

Təhlil həmçinin göstərdi ki, süxurlar qırılma boyunca sıxıldıqda onlar başqa istiqamətlərdə deformasiyaya uğramırlar. Bu yer materialları üçün qeyri-adi haldır. Subduksiya zonalarında (bir lövhənin digərinin altına batdığı yerlər) zəlzələlərə daha çox meyilli olan müəyyən ərazilər var. Bu zonaların müəyyən edilməsi zəlzələ xəbərdarlığı sistemlərinin təkmilləşdirilməsinə kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.