Dünya

Pakistanda məsciddə partlayış olub, dörd nəfər ölüb - YENİLƏNİB

28 Fevral 2025 14:30
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

-------

14:02

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində çox sayda ölənin olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.