Ölkə

Bakıda bu marşrut xəttində avtobuslar YENİLƏNƏCƏK

28 Fevral 2025 12:34
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.

Milli.Az agentliyə istinadən xəbər verir ki, müsabiqədə "General Auto Company" MMC qalib gəlib.

Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən "Koroğlu" və "Ulduz" metrostansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.

Marşrut üzrə gediş haqqı 0,5 manat təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır", - deyə AYNA bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.