7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ilin növbəti planetlər paradı baş tutacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milli.Az-a verilən məlumata görə, paradda 7 planetin hər biri iştirak edəcək.
Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanırlar. Lakin planetlərin konfiqurasiyası isə kosmosda tamamilə fərqli olur.
Məlumat üçün bildiririk ki, Yupiter, Mars və Venera adi gözlə görünsələr də, Uran və Neptun istənilən halda adi gözlə görünmür və onları müşahidə etmək üçün kiçik teleskop və ya durbin tələb olunur. Merkuri və Saturn isə Günəşə çox yaxın yerləşdikləri üçün onları adi gözlə seçmək çətin olur.
Bu axşam baş tutacaq planetlərin böyük paradını Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək olacaq. Belə ki, Bakı vaxtilə Günəş saat 18:31-də batacaq, bunun ardınca isə artıq Saturn, Merkuri və Neptun qərbdə Günəş batdığı yerdə üfüq yaxınlığında olacaqlar. Onlardan fərqli olaraq Uran gecə yarısınadək, Yupiter 02:11-dək, Mars isə bütün gecə boyu görünəcək.
Qeyd edək ki, 21 yanvar paradında Merkuri iştirak etmirdi və 11 avqustda baş tutacaq növbəti paradda da artıq Mars olmayacaq.
Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün "Sky Map", "Stellarium" və ya "Sky Tonight" kimi tətbiqlərdən istifadə etmək olar. Martın ilk günlərinədək bir neçə gün ərzində planetləri səmada bir yerdə izləmək mümkün olacaq.
Növbəti dəfə 7 planetin də iştirak edəcəyi parad 2040-cı ildə olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Alüminium folqanın yararlılıq müddəti varmı?
-
61 ildən sonra çempion oldular
-
14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
“Sabah”ın start heyətini görəndə məyus oldum”
-
Acı yedikdən sonra su içmək bu səbəbdən faydasızdır
-
Komandalarımız avrokuboklarda - Oyunların və püşkatmanın tarixləri
-
Mask həbs oluna bilər
-
8 illik evlilik Hazala görə bitdi?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
-
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
84 il sonra bir ilk: Bazar ertəsindən etibarən 4 bürcün həyatında gözlənilməz qapılar açılır
-
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib - FOTO
-
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir - Aleksandar Vuçiç
-
“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
-
Ət sote hazırlayarkən əvvəlcə ət, yoxsa soğan qovrulmalıdır?
-
Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
Staşa Koşaraç Azərbaycana səfərə gəlib
-
Sadır Japarov Azərbaycana səfərə gəlib
-
Makademya fındığı nədir? Faydaları nələrdir?
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO
-
Bürcünə görə hansı ölkədə yaşamalısan? Astrologiyada yeni trend





