Ölkə

Yeddi şəhərdə 200 lift quraşdırılacaq

28 Fevral 2025 15:34
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeddi şəhər üzrə 200 liftin quraşdırılmasına 9 940 000 manat vəsait ayrılıb.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamda əksini tapıb.

Sənədə əsasən, paytaxtda 141 lift quraşdırılacaq. Bu işin icrasına 7 007 700 manat vəsait xərclənəcək.

Həmçinin, Sumqayıtda 30 (1 491 000 manat), Naxçıvanda 11 (546 700 manat), Gəncədə 10 (497 000 manat), Xırdalanda 5 (248 500 manat), Qazaxda 2 (99 400 manat), Bərdədə 1 (49 700 manat) lift quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.