Ermənistanın Baş naziri Nikol Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır. Əvəzində onun müəllifi olduğu "Real Ermənistan" layihəsindən istifadə olunacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" hakim Mülki Müqavilə Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan təşəbbüsə geniş siyasi dəstək olmasa belə, bu planı həyata keçirmək əzmindədir.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.
Milli.Az