İdman

"Barselona"nın Azərbaycan PLANI - Klub prezidenti Bakıya gəlir

28 Fevral 2025 19:00
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Barselona" klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Səfərdə məqsəd Azərbaycanda "Barselona" klubu tərəfindən Futbol Akademiyasının yaradılması planını müzakirə etməkdir

Mənbə bildirir ki, "Barselona" yerli investorları layihəyə cəlb etmək, onlarla biznesi davam etdirmək, bununla da klubun ağır maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Laporta artıq 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Azərbaycana səfər edib.

Qeyd edək ki, 2023-cü ildə "Barselona" Qırğızıstanda klub futbol akademiyasını açıb. /QOL.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.