Ölkə

Bakı sakinlərinə ŞAD XƏBƏR: 57 mln. manatlıq layihə

27 Fevral 2025 17:26
Baxış: 3 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının on iki rayonunda səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.

Milli.Az bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonlarını əhatə edəcək.

BŞİH başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda qeyd olunan rayonların ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Qurum həmin işlərin icrasına 57 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.